Azərbaycan vətəndaşları 63 ölkəyə vizasız səfər edə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan vətəndaşları 63 ölkəyə vizasız səfər edə bilər

12:13 - 09 / 01 / 2018
Azərbaycan vətəndaşları 63 ölkəyə vizasız səfər edə bilər

Azərbaycan vətəndaşları 63 ölkəyə vizasız  səfər edə bilər.

1news.az xəbər verir ki, bu barədə “Henley & Partners” şirkətinin hazırladığı “Pasportlar indeksi - 2018” reytinqində qeyd olunub.

Əvvəlki reytinqlə müqayisədə Azərbaycan iki pillə irəliləyərək 72-ci yerdə qərarlaşıb.

Azərbaycanın qonşu ölkələri arasında Rusiya 48-ci, Türkiyə 50-ci, Gürcüstan 53-cü yerdədir.

Son beş il ərzində reytinqdə birinci yeri Almaniya özündə saxlayır. Bu ölkənin pasportu ilə dünyanın 177 ölkəsinə vizasız səfər etmək mümkündür. İkinci yerdə Sinqapur qərarlaşıb. Sinqapur vətəndaşları 176 ölkəyə vizasız səfər edə bilər. Üçüncü yeri Böyük Britaniya, Danimarka, İtaliya, Norveç, Finlandiya, Fransa, İsveç, Yaponiya bölüşüb. Bu ölkələrin pasportu ilə 175 ölkəyə vizasız getmək olar.

Reytinqdə sonuncu yerdə 24 ölkəyə vizasız səfər etmək imkanı olan Əfqanıstan qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları 2015-ci ildə 58, 2016-2017-ci illərdə 62 ölkəyə vizasız rejimdə səfər edə bilirdilər. Ötən ilin reytinqində Azərbaycan 74-cü yerdə qərarlaşmışdı.

1news.az

Paylaş:
682

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM02 / 05 / 2024, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb02 / 05 / 2024, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq02 / 05 / 2024, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub02 / 05 / 2024, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib02 / 05 / 2024, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıb02 / 05 / 2024, 15:08Bazar günü 12 min şagird imtahan verəcək02 / 05 / 2024, 14:59
Bütün xəbərlər