Rusiyalı tarixçi erməni terrorizmindən bəhs edən sənədli film üzərində işləyir | 1news.az | Xəbərlər
Siyasət

Rusiyalı tarixçi erməni terrorizmindən bəhs edən sənədli film üzərində işləyir

12:12 - 09 / 01 / 2018
Rusiyalı tarixçi erməni terrorizmindən bəhs edən sənədli film üzərində işləyir

Ermənistanın Rusiyada terrorizm ideologiyasını necə müdafiə etməsi ilə bağlı xeyli sayda sənədlər var. Bu faktlarla sənədli film çəkmək olar.

Filmin ssenarisi artıq hazırdır, hətta müəyyən kadrlar da çəkilib. Düşünürəm ki, yanvarın sonu - fevralın əvvəllərində filmi yekunlaşdıra biləcəyəm.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri tanınmış tarixçi, qafqazşünas alim Oleq Kuznetsov deyib.

Tarixçi qeyd edib ki, dünyada mövcud olan müxtəlif terror qruplaşmaları ilə müqayisədə erməni terrorizmi özündə daha çox təhdid və hədələri birləşdirir: “Biz Azərbaycana qarşı törədilənlərin nümunəsində bunun çox şahidi olmuşuq. Bu mövzunu dərindən öyrənəndə məlum olur ki, hazırda erməni ekstremizmi hətta Rusiya dövlətçiliyini də təhdid altına alır. Tarixə nəzər salsaq görərik ki, vaxtilə erməni terrorçuları Rusiyanın özündə bir sıra terror hadisələri törədiblər. Buna çoxsaylı misallar gətirmək olar. Erməni terrorizmi, erməni ekstremizmi haqqında faktları araşdıranda məlum oldu ki, bu ideologiya indi də davam etdirilir”.

Oleq Kuznetsov erməni terrorizminin tarixi haqqında yazdığı kitabının 2015-ci ildə Bakıda, 2016-cı ildə isə Moskvada nəşr olunduğunu bildirib. Eyni zamanda, 2015-ci ildə Stokholmda, 2016-cı ildə isə ingilis dilində Berlində böyük tirajla nəşr edilib.

Qafqazşünas alim deyib: “Mənim kitablarımı dünyanın müxtəlif ölkələrində oxuyurlar. Erməni terrorizmi ilə bağlı kitabım çap olunandan sonra müxtəlif ölkələrdən elektron poçtuma bununla bağlı xeyli materiallar gəlməyə başladı. Məsələn, Türkiyənin Ankara, İstanbul hava limanlarında, Fransanın Orli hava limanında, həmçinin təxminən son 7 ildə baş vermiş teraktlarla bağlı kifayət qədər məlumatlar aldım. Eyni zamanda, Belarusdan çoxsaylı materiallar göndərildi. Hamısı da kifayət qədər əhatəli materiallar və faktlardır. Onları yenidən işləmək, dəqiqləşdirmək xeyli vaxt aparacaq. Bu ilin ortalarından bu işlə məşğul olmağa başlayacam”.

S.Xankişiyeva

 

 

Paylaş:
591

Son xəbərlər

AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edibBu gün, 14:32“Yango” Azərbaycanın taksi parklarına avtomobillərini yeniləməyə və xidmət keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkBu gün, 14:24Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 14:01SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 13:49Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”Bu gün, 13:37Kəlbəcərdə yol qəzası olub, xəsarət alanlar varBu gün, 13:26Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşübBu gün, 13:13Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıbBu gün, 13:07Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTOBu gün, 12:56İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcəkBu gün, 12:39Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES - 2024” təlimi davam edir - FOTOBu gün, 12:28STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıbBu gün, 12:19“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıbBu gün, 11:55DYP “Təmiz hava” aylığı ilə bağlı müraciət edibBu gün, 11:50Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 11:34Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıbBu gün, 11:28“PAŞA Bank”a İnsan Resursları üzrə Baş Direktor təyin edilibBu gün, 11:23Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edibBu gün, 11:11
Bütün xəbərlər