Radıkal müxalifət və 5-ci kolonun qrant savaşı - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Radıkal müxalifət və 5-ci kolonun qrant savaşı - TƏHLİL

18:50 - 17 / 05 / 2018
Radıkal müxalifət və 5-ci kolonun qrant savaşı - TƏHLİL

Azərbaycan əleyhinə apardıqları kampaniyanın müqabilində hər il jurnalist və siyasətçi adı ilə bəzi beynəlxalq qurumlardan böyük miqdarda qrant alanlar arasında qarşıdurma pik həddə çatıb.

Sosial şəbəkələrdə bir-birlərinin təhqir etməkdən, söyməkdən çəkinməyən radikal müxalifət və 5-ci kalon açıq şəkildə qrant davası aparırlar. Yada salmaq lazımdır ki, cari ilin mayın 9-da Helsinki komissiyası tərəfindən ABŞ konqresində Azərbaycanla bağlı keçirilən dinləmələrdə çıxış edən Emin Milli Əli Kərimli və onun timsalında radikal müxalifət haqqında tənqidi fikirlər səsləndirib.

Emin Millinin radikal müxalifətin və onun satellit QHT-lərinin “haqqını” və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər “qrantyeyənlərin” ciddi qəzəbinə səbəb olub. Tərəflər arasında  sosial şəbəkələrdə qrant uğrunda mübarizə də bundan sonra başlayıb. Onlar özləri-özlərini ifşa ediblər, başqa sözlə, bir-birlərinin paxırlarını açıblar. Bununla da aldıqları qrant müqabilində Avropadakı, qərbdəki ağalarının sifarişlərini yerinə yetirərək dövlətimiz, onun milli maraqları əleyhinə mübarizə apardıqlarını özləri bir daha isbat etmiş olublar.

ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı ilə Xədicə İsmayılın qarşılıqlı ittihamları diqqəti çəkir. Xədicə İsmayıl Sevinc Osmanqızını “Meydan TV”-nin direktoru olmaq üçün mübarizə apardığını və buna görə oradan qovulduğunu və Rəsul Quliyevin vəsaiti ilə proqram hazırlamaq istədiyini bildirib. Sevinc isə öz növbəsində Xədicəni xəstə adlandırıb.

Natiq Adilov isə Emin Millini saxtakarlıqda və qrant üçün fəaliyyət göstərməkdə ittiham edib, eyni zamanda müxalifəti fəaliyyətsizlikdə gönahlandıran vəkil Aslan İsmayılov haqqında da tənqidi status yazıb. O, Aslan İsmayılovun səmimi olmadığını, sadəcə maşa rolu oynadığını qeyd edib. Natiq Adilov hesab edir ki, Aslan İsmayılov sadəcə olaraq sifarişlə işləyən müqəvvadır.

Cəmil Həsənli də “mövzu”dan kənarda qalmayıb və qrantlardan yazıb. Onun fikrincə, “Meydan TV” aldığı qrantları doğrultmayıb. Burdan isə məlum olan budur ki, “Meydan TV”-yə ayrılan iri həcmli qrantlar Cəmil Həsənlini ciddi narahat edir. O da aydın olur ki, bütün müxalifət düşərgəsində qrant uğrunda amansız mübarizə gedir.

Kamil Vəli Nərimanoğlu isə Emin Millini Emin Zilli adlandırır, hətta onun haqqında eşşək ifadəsini işlədib.

Belə bir deyim var: görünən kəndə nə bələdçi. Radikal müxalifət, özünü jurnalist adlandırıb, amma jurnalistikanın prinsiplərindən qat-qat uzaq olan Xədicə, Sevinc kimilərin mübarizəsi, məqsədi ancaq qrant almağa yönəlib. Bu insanlar üçün “Daha çox kim təhqir edəcək, “daha çox kim Azərbaycana xəyanət edib, onun milli maraqlarına qarşı çıxacaq, o qədər də çox qrant alacaq” “prinsipi” ilə fəaliyyət göstərirlər. Amma çox uzağa gedə bilmirlər, yəni özləri-özlərini ifşa edirlər. Bunlar o insanlardırlar ki, Azərbaycan xalqına ağıl dərsi keçməyə çalışıb, onu meydana, mitinqlərə səsləyirlər. Maraqlı sual yaranır: qənimət üçün bir-bilərini təhqir edən, qıran müxalifət başçıları, fəalları və “5-ci kolon” ulduzları öz xalqını, dövlətini necə düşünə bilərlər?!

Qrant uğrinda bir-birinə qənim kəsilən bu insanların daha şirnikdirici təkliflər qarşısında gözlərini qırpmadan öz vətənlərini, dövlətlərini satacaqları şəksizdir. Necə ki, biz xeyli müddətdir anti-milli qüvvələrin məhz bu hərəkətlərini müşahidə edirik.

Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrətin sözlərinə görə, bütün bu baş verənlər onu göstərir ki, bu insanların məqsədi heç də Azərbaycanda insan haqları və demokratiyanın bərqərar olması deyil:

“Bu adamların əksəriyyətini şəxsən tanıyıram, bu və ya digər şəkildə əvvəllər də təmasımız olub. İndi də bəzən beynəlxalq tədbirlərdə rastlaşırıq. Doğrudan da bunların məqsədləri heç də iddia etdikləri kimi Azərbaycanda insan haqları və demokratiyanın bərqərar olması deyil. Onlar özlərindən müxtəlif problemlər uyduraraq həmin problemləri gerçəklik kimi qələmə verirlər və tirajlayıb özlərini vacib və gərəkli insan kimi qələmə verməyə çalışırlar. Yəni həmin problemlərin kölgəsinə sığınıb özlərini vacib insanlar kimi təqdim etməyə çalışırlar”.

Baş verənləri qrant bazarı uğrunda mübarizəyə bənzədən Azər Həsrət bildirib ki, indi bunların sıralarında o qədər basabas düşüb ki, çalışırlar ki, biri-birilərini itələyib bazardan çıxartsınlar:

“Çünki əslinə qalanda ora bir bazardır, qrant bazarı. Kim daha önəmlidir, kim daha öndədir, kim daha çox pul qazana bilər yarışına giriblər. Bu yarışda qalib gəlmək üçün də biri-birilərini gözdən salmağa cəhd göstərirlər. Yəni öz ağalarına, sığındıqları təşkilatlara, dövlətlərə digərləri haqqında yalan məlumatlar ötürür, ya da gözdənsalma kampaniyaları aparırlar. Bu da onların iç üzünü açır və bir daha göstərir ki, bu adamların məqsədi ancaq şəxsi mənafelərini təmin etməkdir. Bunu da Azərbaycanda demokratiya adı altında eləməyə cəhd göstərirlər”.

1news.az

Paylaş:
2909

Son xəbərlər

Bütün xəbərlər