“Muğanbank”ın dəstəyi ilə MFL-ə pulsuz qatılan 5 komandadan biri ol - VİDEO
Bildiyiniz kimi, Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL yeni mövsümün qeydiyyatına start verib.
Bu mövsüm liqada 50 komandanın iştirakı planlaşdırılır.
Bunlardan 45-i qeydiyyat haqqını tam ödəməklə turnirə birbaşa qatıla bilər.
5 komanda isə heç bir ödəniş etmədən “Muğanbank”ın sponsorluğu ilə keçiriləcək təsnifat mərhələsində qalib gələrək MFL-in yeni mövsümündə çıxış edəcək.
Təsnifat mərhələsi nədir?
“MUĞANBANK MFL TƏSNİFAT 2019” adlanacaq və 80 komanda arasında keçiriləcək təsnifat mərhələsi aşağıdakı qaydada təşkil olunacaq:
- Hər birində 16 komanda olmaqla 5 play-off keçiriləcək.
- Kubok sistemi üzrə keçiriləcək play-off-larda komandalar 1/8, 1/4, 1/2-ə və nəhayət finala yüksələcəklər.
- “Play-off”larda qalib gələn komandalar (ümumilikdə 5 komanda) MFL-in əsas mövsümündə pulsuz iştirak etmək hüququ qazanacaqlar.
- Təsnifat mərhələsində komandalar aralarında bir dəfə görüş keçirəcəklər. Cavab oyunları nəzərdə tutulmur.
- Cütlüklər püşkatma yolu ilə müəyyən olunacaq.
- Heyətində minimum 8, maksimum isə 16 oyunçu olan istənilən komanda təsnifat mərhələsində iştirak edə bilər.
- Təsnifat mərhələsində iştirak ÖDƏNİŞSİZDİR!
Təsnifat mərhələsində çıxış etmək istəyən komandalar aşağıdakı şərtləri nəzərə almalıdırlar:
1. Təsnifat mərhələsinin qalibləri MFL-də şirkət adından çıxış etmək istəsələr müvafiq ödəniş (2000 manat) etməli olacaqlar. Lakin şirkət adından istifadə etməsələr yuxarıda qeyd olunduğu kimi MFL-in əsas mövsümündə iştirak pulsuz olacaq.
2. Təsnifat mərhələsinin qalibi olmuş komandaların üzvləri sonradan başqa komandaya keçə bilməzlər (bu yalnız qış transfer pəncərəsi zamanı mümkün olacaq).
3. Təsnifat mərhələsinin qalibi olmuş 5 komandanın oyunçularının əsas mövsümə buraxılması üçün onlar turnirin Reqlamentinə cavab verməlidirlər. Reqlamentə cavab verməyən oyunçular təsnifat mərhələsinin yekunlaşmasından sonra komandalardan uzaqlaşdırılacaqlar.
Suallarınız varsa zəng edə və yaxud mesaj göndərə bilərsiniz:
Telefonlar: (070) 269-00-21, (055) 587-53-54
E-mail: [email protected]
Təsnifat mərhələsinə ərizə və sənədlər 10 avqust tarixinə qədər qəbul edilir.
Futbol həyatınızın ayrılmaz bir hissəsidirsə, öz gücünüzü və bacarığınızı sınamaq istəyirsinizsə bu fürsəti qaçırmamalısınız. Kim bilir, bəlkə 5 şanslı komandadan biri elə siz olacaqsınız!
1news.az