XİN: Azərbaycan Krımdakı qondarma "seçkilər”i tanımır | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycan Krımdakı qondarma "seçkilər”i tanımır

17:30 - 12 / 09 / 2019
XİN: Azərbaycan Krımdakı qondarma "seçkilər”i tanımır

Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası XİN-in mətbuat katibi Leyla Abdullayevanın Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər” ilə bağlı şərhində deyilir.

“Buna görə də, Azərbaycan Respublikası Ukrayna hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır”, XİN rəsmisi əlavə edib.

1news.az

 

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər