Qayıdış nöqtəsi! Brüsseldə bir qrup təcavüzkar erməni azərbaycanlı gənci vəhşicəsinə döyüblər – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Qayıdış nöqtəsi! Brüsseldə bir qrup təcavüzkar erməni azərbaycanlı gənci vəhşicəsinə döyüblər – FOTO – VİDEO

11:17 - 24 / 07 / 2020
Qayıdış nöqtəsi! Brüsseldə bir qrup təcavüzkar erməni azərbaycanlı gənci vəhşicəsinə döyüblər – FOTO – VİDEO

Bu günlərdə – iyulun 12-dən 14-dək Azərbaycan və Ermənistan sərhədində Tovuz rayonu istiqamətində baş vermiş Ermənistanın silahlı təxribatına etiraz olaraq bütün dünyadakı soydaşlarımız birlik və həmrəylik nümayiş etdirərək müxtəlif dövlətlərdə Azərbaycan dövlətinə, ordusuna dəstək əlaməti olaraq aksiyalar keçirirlər.

Bir neçə gündür İstanbul, Vaşinqton, Moskva, London, Varşava, Los Anceles, Nürnberq, Kişinyov, Atlanta, Paris, Madrid və bir çox başqa şəhərlərdə azərbaycanlıların genişmiqyaslı dinc aksiyaları və yürüşləri keçirilir. Böyüklər, gənclər, uşaqlar, Azərbaycan və Türkiyə bayraqları ilə: “Yaşasın Azərbaycan!”, “Qarabağ – Azərbaycanındır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndirirlər.

Və bu günlərdə özlərini “təcavüzkar olmayan” və “çox əzab görmüş” xalqın nümayəndələri  kimi təqdim edən ermənilər bütün dünyaya özləri haqqında söylədikləri keyfiyyətlərin tam əksini nümayiş etdirirlər.

Bu vəhşiliyin müəlliflərinin qürurla (!) sosial şəbəkələrdə paylaşdığı bu görüntülərə bir baxın. Bu videoların yayımlandığı sosial şəbəkələrdəki səhifələrə diqqətlə baxaraq əmin olun. Bu videoların mahiyyətini başa düşmək üçün erməni millətinin nümayəndələrindən gələn sevincli şərhləri oxuyun. Onları heyvan adlandırmaq çətindir, çünki heyvanlar bunu etmir.

Baxın bir neçə nəfər erməni gənc bir azərbaycanlıya necə hücum edirlər. Nalayiq təhqirlər, nifrət, amansızlıq və təcavüz o qədər açıq-aşkardır ki, video müəllifi ağzının suyunu axıda-axıda gəncə və Azərbaycana lənətlər yağdırırlar. Azərbaycanlıya hücum edən ermənilər üçü birlikdə onu döyməyə başlayır və sonra kameraya: "De ki, mən qoyunam!"

Və azərbaycanlı gənc bunu deməkdən imtina etdikdə onlar daha da qəzəblənir. Üstəlik üç erməninin zərbələri altında yerə yıxılmış gənc yüksək ləyaqətlə davranaraq deyir: “Belə olmaz. Bu, kişilikdən deyil”. Bu, nəhayət saxta "dinc və çox əzablı xalqın" nümayəndələrini qəzəbləndirir. Yenə də onlar çaqqal kimi gəncə hücum edirlər. Və cəzasız qalacaqlarına arxayın olaraq və bu cəsarətli gəncin simasında bütün Azərbaycana nifrətlərini göstərirlər, onu döyməyə davam edirlər.

Ermənilər bu videonu sosial mediada sevinclə paylaşır, gənci və ölkəmizi lağa qoyurlar. Onların – bir qrupun qisas dəlillərini gördükdə! – artıq Azərbaycan sosial şəbəkələrinə də düşüblər, video müəllifləri hesablarını tələsik sildilər. Lakin artıq gecdir, videolar saxlanıldı. Bu videonun müəllifi Eduard Baqramyanın da hesabını tapa bildik, onun şəkli aşağıdadır.

Ermənilər dünən Brüsseldə eyni davranışı nümayiş etdirdilər. Burada erməni radikalları Azərbaycan Səfirliyinin qarşısında azərbaycanlı etirazçılara hücum etdilər. Həmçinin ermənilər dinc aksiya keçirənlərə daş atıblar və bir neçə iştirakçıya, o cümlədən REAL-ın Avropa bürosunun müxbiri Xatirə Sərdarqızına ciddi xəsarət yetiriblər. Eyni şəkildə London, Kişinyov, Los-Ancelesdə minlərlə təcavüzkar erməni soydaşımızlarımıza hücum ediblər.

Və onlar Dağlıq Qarabağ münaqişəsinin bütün tarixi boyu eyni şəkildə davranıblar. Alçaqlıq, yalançılıq, təxribatçılıq, təcavüzkarlıq və qorxaqlıq – onların əsl mahiyyətidir.

Azərbaycanın Belçikadakı səfirliyini və Xarici İşlər Nazirliyini bu dəhşətli xoşagəlməz hadisənin araşdırılması üçün Belçika polisi ilə əlaqə yaratmağa çağırırıq. Azərbaycanlılara hücum edən həmin ermənilərin tapılması üçün hər cür kömək göstərməyinizi və onları qanunla cəzalandırılmasını xahiş edirik.

Xatırladaq ki, dünən Azərbaycan artıq diplomatik nümayəndəliklərinə və həmvətənlərinə qarşı törədilən hərəkətlərin araşdırılmasını tələb edib.

Lakin erməni təxribatının hər bir hadisəsi araşdırılmalı, dünyanın istənilən ölkəsindəki soydaşlarımıza qarşı hər hansı bir təxribatın qarşısı alınmalıdır.

Erməni terroruna bütün cəbhələrdə son qoymalıyıq!

Fotoda: döyülmüş gənc azərbaycanlı

Fotoda: ağ köynəkdəki Eduard Baqramyandır, video paylaşan şəxs.

Fotoda: üç erməni bir azərbaycanlını döyür

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan XİN ermənilərin xaricdə törətdiyi təxribatlarla bağlı bəyanat yayıb - YENİLƏNİB

ABŞ səfiri: Los Ancelesdəki təxribatı aqressiv erməni nümayişçilərinin törtdiyinə dair təkzibedilməz sübutlar var

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
3880

Son xəbərlər

Bütün xəbərlər