Araik Arutunyan: 1 500 erməni əsgəri onlarla azərbaycanlının qabağından qaçırdı | 1news.az | Xəbərlər
Ermənistan

Araik Arutunyan: 1 500 erməni əsgəri onlarla azərbaycanlının qabağından qaçırdı

20:49 - 11 / 11 / 2020
Araik Arutunyan: 1 500 erməni əsgəri onlarla azərbaycanlının qabağından qaçırdı

Dağlıq Qarabağdakı cinayətkar rejimin başçısı Araik Arutunyan erməni millətinin öz ordusuna xayənət etdiyini bildirib.

“Report” xəbər verir ki, feysbukdakı səhifəsindən canlı yayımla müraciət edən A.Arutunyan hələ oktyabr ayının əvvəllərində Azərbaycan Ordusu Suqovuşan və Talış kəndlərini azad edəndə yardım üçün İrəvana müraciət etdiklərini, amma yardıma gələn Ermənistan ordusunun elit hissələrinin hücuma keçməkdən boyun qaçırdıqlarını qeyd edib. Onun sözlərinə görə, Ermənistan ordusunun bir hissəsi vahimə içində olub.

“Ön cəbhədəki uşaqlarımıza dəstək üçün insan ehtiyatlarımız yox idi. O gün ordunun bir hissəsinin vahiməyə qapıldığına tamamilə əmin olmuşdum. Onlara yalvardım, ən qabaqda özüm gedəcəyəm dedim, amma yenə də gəlmədilər, "ölkə prezidentini" (özünü nəzərdə tutur – red.) tək qoydular. Bu gün bunları danışıram, çünki danışmalıyam. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ən elit birləşməsinin üzvlərindən soruşa bilərsiniz, görün mənim xahişimi necə üzümə qaytardılar. Mən yalvarırdım onlara. Soruşun onlara mənə nə dedilər”, - deyən separatçı qurumun başçısı Hadrut ətrafındakı döyüş zamanı 1 500 erməni əsgərinin onlarla azərbaycanlı əsgərdən qorxub qaçdıqlarını da diqqətə çatdırıb.

A.Arutunyan həmçinin Ermənistan siyasi rəhbərliyini də ittiham edib: “Bu gün xain, satqın axtarışında olan o siyasətçilər qoy öz övladlarının, qohum-əqrəbalarının iştirakına dair məlumat versinlər. Camaatı aldatmaq üçün selfi çəkirdilər, guya cəbhədədirlər, əslində isə tamam başqa yerdə olublar. O, 18-20 yaşlı əsgərlərimizə hamımız xəyanət etdik. Hər gün yüzlərlə itki verirdik. Bəs əvəzində kim gəlib? Vaxtında kömək ala bilmədiyimiz üçün yeni gələnlər döyüşə getməkdən boyun qaçırırdı. Son gün isə Stepanakertin (Xankəndi – red.) kənarlarında cəmi 100-200 döyüşçümüz vardı”.

S.Xankişiyeva

Paylaş:
1020

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər