Azərbaycanın şanlı Qələbəsi Səudiyyə Ərəbistanının nüfuzlu qəzetlərinin səhifələrində | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın şanlı Qələbəsi Səudiyyə Ərəbistanının nüfuzlu qəzetlərinin səhifələrində

21:44 - 11 / 11 / 2020
Azərbaycanın şanlı Qələbəsi Səudiyyə Ərəbistanının nüfuzlu qəzetlərinin səhifələrində

Səudiyyə Ərəbistanının nüfuzlu qəzetləri Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və təcavüzkar Ermənistanın müharibədə təslim olması barədə məqalələr yayıb.

AZƏRTAC xəbər verir ki, ingilis dilində nəşr edilən “Arabnews” qəzetinin birinci səhifəsində dərc olunmuş “Azərbaycan öz Qələbəsini elan etdi” sərlövhəli məqalədə xalqımızın şanlı Qələbəmizi bayram etməsindən, Yerevanda isə əhalinin Paşinyan hakimiyyətinə qarşı üsyana qalxmasından yazılıb. Müəllif vurğulayıb ki, Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanan bəyanatdan sonra öz xalqına müraciət edən Prezident İlham Əliyev Azərbaycana məxsus torpaqların 30 ildən sonra azad olunduğunu bildirib.

“Əl-Cəzirə” qəzetində də Azərbaycanın tarixi Qələbəsi haqqında məqalə dərc olunub. Yazıda qeyd edilib ki, Moskvanın vasitəçiliyi ilə müharibənin dayandırılması Ermənistanın tam məğlubiyyətindən sonra baş verib. Müəllif yazır ki, iqtisadi və hərbi gücü olmayan, eyni zamanda, işğal etdiyi əraziləri azad etməkdən boyun qaçıran Ermənistan qüdrətli Azərbaycan Ordusunun qarşısında davam gətirə bilmədi.

S.Xankişiyeva

 

Paylaş:
508

Son xəbərlər

Türkiyədə zəlzələ olub

03 / 06 / 2025, 15:54
Bütün xəbərlər