Ermənistanda aksiya zamanı həbs olunan müxalifətçilərin adları açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Ermənistanda aksiya zamanı həbs olunan müxalifətçilərin adları açıqlanıb

13:51 - 12 / 11 / 2020
Ermənistanda aksiya zamanı həbs olunan müxalifətçilərin adları açıqlanıb

Ötən gün Yerevanda baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatı imzalamasına etiraz olaraq keçirilən aksiyada saxlanmış müxalifətçilərin adları açıqlanıb.

1news.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, aksiya zamanı 10 müxalifətçi saxlanılıb.

Qeyd olunur ki, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qagik Tsarukyan, "Daşnaksutyun" partiyasının nümayəndəsi Geqam Manukyan, Respublika partiyasının nümayəndələri Eduard Şarmazanov, David Ambartsumyan və Ara Saakyan iğtişaşların təşkil olunması maddəsi ilə saxlanılıb.

"Daşnaksutyun" partiyasının üzvü İşxan Saqatelyan, "Milli təhlükəsizlik" partiyasının lideri Qarnik İsaqulyan və "Bir Ermənistan" partiyasının lideri Artur Qazinyan dövlət sirrinin yer aldığı sənədlərlə iş qaydasını pozmaq maddəsi ilə məsuliyyətə cəlb olunub.

Bundan başqa, politoloq Suren Surenyants və "Vətən" partiyasının lideri də qeyd olunan maddələrlə saxlanılıb.

1news.az

Paylaş:
923

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər