Lavrov: “Ermənistan hökuməti məsuliyyəti dərk edir və Qarabağ üzrə razılaşmaya tam əməl olunacaq” | 1news.az | Xəbərlər
Siyasət

Lavrov: “Ermənistan hökuməti məsuliyyəti dərk edir və Qarabağ üzrə razılaşmaya tam əməl olunacaq”

14:24 - 12 / 11 / 2020
Lavrov: “Ermənistan hökuməti məsuliyyəti dərk edir və Qarabağ üzrə razılaşmaya tam əməl olunacaq”

Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun iki ay əvvəl olduğu vəziyyətdə əbədi qalacağı barədə illüziyalar olmamalıdır.

1news.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağla bağlı əldə olunmuş razılaşmanı pozmağa cəhdlə bağlı hər hansı əlamət yoxdur.

"Məsul şəxslər öz əhalisinə başa salmalı idi ki, hansısa mərhələdə bu tənzimləmə prosesi ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən təklif olunan, illərlə masa üzərində qalan, amma fikrimcə, münaqişənin həlli üçün ideal yol açan prinsiplər əsasında reallaşdırılmalı idi.

Lavrov əmin olduğunu bildirib ki, Ermənistan hökuməti məsuliyyəti dərk edir və Qarabağ üzrə razılaşmaya tam əməl olunacaq. 

Qafar Ağayev

Paylaş:
486

Son xəbərlər

Türkiyədə zəlzələ olub

03 / 06 / 2025, 15:54
Bütün xəbərlər