Hannoverdə Azərbaycanın tarixi qələbəsi qeyd olunub | 1news.az | Xəbərlər
Dünya

Hannoverdə Azərbaycanın tarixi qələbəsi qeyd olunub

14:51 - 12 / 11 / 2020
Hannoverdə Azərbaycanın tarixi qələbəsi qeyd olunub

"Bakı" Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsi münasibətilə aksiya keçirilib və yerli ictimaiyyət məlumatlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Hannover şəhərinin mərkəzində baş tutan aksiyada soydaşlarımız alman ahıllara gül dəstələri hədiyyə edərək Azərbaycanın şanlı qələbəsi haqqında məlumat verib.

Aksiya iştirakçıları həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da ətraflı məlumat verərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətini yerli ictimaiyyətin diqqətinə çatdırıblar.

Qafar Ağayev

Paylaş:
609

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər