Nazir: “Ermənistanın kapitulyasiyası qlobal enerji layihələrinin təhlükəsizliyini təmin edəcək” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: “Ermənistanın kapitulyasiyası qlobal enerji layihələrinin təhlükəsizliyini təmin edəcək”

23:45 - 12 / 11 / 2020
Nazir: “Ermənistanın kapitulyasiyası qlobal enerji layihələrinin təhlükəsizliyini təmin edəcək”

Energetika naziri Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) onlayn formatda keçirilən 22-ci Nazirlər Görüşündə iştirak edib.

Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə Foruma sədrlik edən Əlcəzairin energetika naziri Abdelmadjid Attar, Baş katib Yuri Sentyurin və digər nazirlərlə yanaşı Azərbaycanın energetika naziri Pərviz Şahbazov da çıxış edib.

Çıxışda COVID-19 qlobal pandemiyasının dünyada enerji sektoruna və təbii qaz sənayesinə təsiri, iqlim dəyişmələri və hidrogen enerjisindən istifadə kimi mövzulara toxunulub, aşağı karbonlu enerji mənbəyi kimi təbii qazın enerji transformasiyasındakı mühüm rolundan bəhs edilib. Ölkəmizin apardığı enerji siyasəti çərçivəsində həyata keçirilən transmilli layihələrin enerji təhlükəsizliyinə, sabitliyə, beynəlxalq əməkdaşlığa və inkişafa xidmət etdiyi qeyd edilib və buna bariz nümunə kimi Cənub Qaz Dəhlizi göstərilib. Bildirilib ki, yaxın vaxtlarda açılışı olacaq və Azərbaycan qazını avropalı istehlakçılara çatdıracaq Transadriatik Boru Kəməri təchizat mənbələrini şaxələndirməyə imkan yaradır: “Avropanın cənubu Xəzər regionu ilə ilk dəfə birləşir və bu, 3500 kilometrlik dəhliz ətrafında regionların, ölkələrin inteqrasiyası, inkişafı, enerji təhlükəsizliklərinin möhkəmləndirilməsi deməkdir”.  

Pərviz Şahbazov çıxışında Ermənistanın Azərbaycana hərbi təcavüzü kontekstində  avropalı, eləcə də digər ölkələrdən olan istehlakçıların neft-qaz təchizatlarının  erməni təxribatlarının hədəfinə çevrilməsi məsələsinə də toxunub. Ermənistan tərəfindən məhz Azərbaycandan Avropaya gedən enerji dəhlizlərinin üstündə yerləşən məntəqələrin bombalandığı, bir neçə dəfə Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru kəmərlərinin, Qərb İxrac Boru Kəmərinin, Azərbaycanla Rusiya arasında mühüm enerji bağı olan Bakı-Novorossiysk neft kəmərinin, eləcə də regionun ən böyük istilik və su elektrik stansiyalarının bombalanmasına cəhdlərin edildiyi, Səngəçal neft və qaz terminalına hücumla bağlı təhdidləri diqqətə çatdırıb. “Bütün bu dağıdıcı niyyət və məqsədyönlü vandalizm aktları göstərdi ki, biz qlobal enerji, qaz bazarında sabitlik istəyiriksə, həm də münaqişəsiz bir geosiyasi mühitə nail olmalıyıq. Azərbaycanın öz ərazi bütövlüyünü, ədaləti  qətiyyətlə bərpa etməsi, 30 illik münaqişəyə, işğala son qoyması  həm də bu ali məqsədə xidmət edir. Bu aspektdə ərazilərimizin işğaldan azad edilməsi nəticələnən Ermənistanın hərbi kapitulyasiyası qlobal enerji layihələrinin təhlükəsizliyini, nailiyyətlərimizin davamlılığını təmin edəcək”.  

Qaz İxrac Edən Ölkələr Forumu Nazirlərinin 22-ci Görüşü iki sessiyada işini davam etdirib.

Xatırladaq ki, Qaz İxrac edən Ölkələr Forumu ilk dəfə 2001-ci il 19-20 may tarixlərində İran İslam Respublikasının Tehran şəhərində Əlcəzair, Bruney, İndoneziya, İran, Malayziya, Oman, Qətər, Rusiya, Türkmənistan və Norveçin nümayəndələrinin iştirakı ilə  keçirilən 1-ci Nazirlər Görüşü zamanı təsis edilib, 23 dekabr 2008-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində keçirilmiş 7-ci Nazirlər Görüşü zamanı isə beynəlxalq təşkilat statusu alıb.

1news.az

Paylaş:
802

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər