Sahibə Qafarova: “Bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün neçə illər lazım olacaq” | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova: “Bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün neçə illər lazım olacaq”

11:38 - 13 / 11 / 2020
Sahibə Qafarova: “Bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün neçə illər lazım olacaq”

“Hörmətli həmkarlar bu gün Azərbaycan Bayrağı Füzulidə,Cəbrayılda,Qubadlıda, Zəngilanda və Şuşada qürurla dalğalanır. Tezliklə Kəlbəcərdə, Ağdamda, Laçında və digər torpaqlarımızada dalğalanacaq”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova çıxışında deyib.

“Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noybarın 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan olan Şuşa şəhərinin işğaldan azad edildiyi gün oldu. Mən əminəm ki, Şuşanı, digər şəhər və kəndlərimizi düşməndən təmizləyən əsgər və zabitlərimiz qəhrəmanlığı dillərdə dastan olacaq. Azərbaycan Ordusu döyüş meydanında göstərdiyi hünərlər ilə xalqımızın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Bu tarixi günlərin bizim üçün ən mühüm nəticələrindən biri də xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi və bütövləşməsi oldu. Azərbaycan Xalqının birliyinin rəmzinə çevrilən bu yumruq düşmənə endirilən ağır zərbələrin ifadəsi idi. Çətin sınaq qarşısında qalan Azərbaycan xalqının yenilməz gücə çevrildiyini hərkəs görüb yəqin etdi. Bu birliyin qarşısında düşmən duruş gətirə bilməzdi və gətirə də bilmədi. Hörmətli həmkarlar, bildiyiniz kimi noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Bu bəyanatın Azərbaycan Respublikası üçün çox böyük tarixi əhəmiyyəti var. Belə ki, bəyanatın müddəalarına əsasən, 2020-ci il dekabrın 1-dək Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal edilmiş ərazisindən çıxarılacaq, Kəlbəcər, Ağdam və Laçın rayonları isə qan tökülmədən, şəhidlər verilmədən Azərbaycana qaytarılacaq. Bununla da Azərbaycanın ərazi bötövlüyü təmin ediləcək, məcburi köçkünlərimiz öz doğma yurdlarına dönə biləcəklər. Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpası da milli maraqlarımızın təmin edilməsi baxımından vacib məsələdir”.

“Bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün neçə illər lazım olacaq” –deyə Spiker fikirlərinə əlavə edib:

“Biz bu gün hamımız Yerevanda olanları müşahidə edirik, bir tərəfdən şəhərin küçələrində kütlə azğınlıq edir, hərcmərclik edir, digər tərəfdən isə iqtidar müxalifətin bütün liderlərini həbs edir, müxalif deputatların mandatlarından azad edilməsi barədə fikirlər gəzir. Diqqət yetirin, bütün bu rüsvayçı məsələlər qərbin bəzi dairələrinin demokratik ölkə kimi qələmə verdiyi yerdə baş verir” .

Qafar Ağayev

Paylaş:
654

Son xəbərlər

Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47
Bütün xəbərlər