Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi

14:27 - 18 / 02 / 2021
Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə Qanunu imzalayıb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Qanunla 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol” təsdiq edilir.

Paylaş:
1091

Son xəbərlər

Bütün xəbərlər