Fotoqraf Reza Deqati erməni vandallarının Kəlbəcərdə ağaclara nələr etdiyini göstərdi - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Fotoqraf Reza Deqati erməni vandallarının Kəlbəcərdə ağaclara nələr etdiyini göstərdi - FOTO

Qafar Ağayev17:47 - 18 / 02 / 2021
Fotoqraf Reza Deqati erməni vandallarının Kəlbəcərdə ağaclara nələr etdiyini göstərdi - FOTO

Dünya şöhrətli fotoqraf, Təbrizdə doğulmuş azərbaycanlı Reza Deqati sosial şəbəkə hesabında erməni vandalizminə dair daha bir dəlil təqdim edib.

1news.az-ın xəbərinə görə, Reza Deqati “İnstagram”da etdiyi paylaşımda erməni silahı qüvvələrinin 1992-ci ildə Kəlbəcər sakinlərinə buranı tərk etmək üçün 10 saat vaxt verdiyini xatırladıb.

“Onlar vaxtilə azərbaycanlıların bütün əşyalarını qarət ediblər” – Reza Deqati deyib:

“2020-ci ildəki müharibədə məğlub olduqdan sonra isə ermənilərə bütün əşyalarını toplayıb buradan getmək üçün 15 gün vaxt verildi.

Kəlbəcərə səfər zamanı minlərlə ağacın kəsilərək Ermənistana daşındığını görəndə göz yaşlarımı saxlaya bilmədim. Köməkçim Anarın sanki sevdiklərinin məzarı başında ağlayırmış kimi əlini kəsilmiş ağaclardan birinin üzərinə qoyub kövrəldiyini görmək məni çox təəccübləndirdi.

28 ildən sonra doğma torpaqlarına - Kəlbəcərə qayıdan azərbaycanlı qaçqın təəssüratlarını bu cür ifadə etdi: “Ağac kəsən, baş kəsər. Onlar Xocalıda günahsız insanlara da bu cür davrandılar””.

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər