Milli Məclis Xocalı soyqırımı ilə bağlı mövqeyinə görə İndoneziyaya təşəkkür edib | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclis Xocalı soyqırımı ilə bağlı mövqeyinə görə İndoneziyaya təşəkkür edib

Qafar Ağayev13:41 - 19 / 02 / 2021
Milli Məclis Xocalı soyqırımı ilə bağlı mövqeyinə görə İndoneziyaya təşəkkür edib

Milli Məclisin İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun adından indoneziyalı həmkarlarına təşəkkür məktubu ünvanlanıb.

Milli Məclisdən 1news.az-a verilən məlumata görə, Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev İndoneziya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Muhammad İqbala və qrupun üzvlərinə təşəkkür məktubu ünvanlayıb.

Məktubda Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı İndoneziya Respublikasının Nümayəndələr Palatasında qəbul edilmiş, tarixi faktlara söykənən və BMT TŞ-nin qətnamələrinə istinad edən siyasi bəyanat yüksək qiymətləndirilib, İndoneziya parlamenti tərəfindən verilən bu qardaş dəstəyinə görə dostluq qrupu adından həmkarlarına minnətdarlıq ifadə olunub.

Məktubda həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası dost İndoneziya Respublikası ilə ikitərəfli əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə böyük önəm verir. Məktubda birgə səylər nəticəsində parlamentlərarası əməkdaşlığımız bundan sonra da dərinləşəcəyinə və bunun xalqlarımız arasında mövcud əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Xatırladaq ki, 10 fevral 2021-ci il tarixində İndoneziya Respublikasının Nümayəndələr Palatasının İndoneziya-Azərbaycan parlament dostluq qrupu tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilmiş, bəyanatda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi insanlığa sığmayan cinayətlər qınanılmış və Ermənistanın BMT TŞ-nin qətnamələrinə məhəl qoymaması pislənmişdir.

Paylaş:
475

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər