Baş Prokurorluq erməni terroru ilə bağlı videoçarx hazırlayıb | 1news.az | Xəbərlər
Siyasət

Baş Prokurorluq erməni terroru ilə bağlı videoçarx hazırlayıb

Qafar Ağayev14:21 - 19 / 02 / 2021
Baş Prokurorluq erməni terroru ilə bağlı videoçarx hazırlayıb

Təcavüzkar Ermənistan Respublikasının beynəlxalq müstəvidə ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən azərbaycan, rus və ingilis dillərində videoçarx hazırlanıb.

Videoçarxda ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı Ermənistan silahlı qüvvələrinin cinayətləri barədə informasiyalar yer alıb.

Qeyd olunub ki, 27 sentyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb.

Vurğulanıb ki, Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb.

Həmçinin, qeyd olunub ki, 27 sentyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixləri ərzində düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Paylaş:
491

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər