AZAL Bakı-Dubay reyslərinə bilet satışına başladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL Bakı-Dubay reyslərinə bilet satışına başladı

14:39 - 19 / 02 / 2021
AZAL Bakı-Dubay reyslərinə bilet satışına başladı

"Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-Dubay-Bakı marşrutu üzrə reyslərə bilet satışının başlandığını elan edib.

Bu barədə 1news.az-a Azərbaycan Hava Yolları QSC-dən (AZAL) bildiriblər.

Uçuşlar martın 1-dən etibarən həftədə iki dəfə - birinci və beşinci günlər yerinə yetiriləcək.

Epidemioloji şərait qənaətbəxş olduğu təqdirdə martın 19-dan 29-dək olan dövrdə həmin marşrut üzrə uçuşlar hər gün həyata keçiriləcək.

S.Xankişiyeva

Paylaş:
432

Son xəbərlər

Bütün xəbərlər