Baş nazir: TANAP Azərbaycan və Türkiyə Prezidentlərinin iradəsi nəticəsində başa gəlib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Baş nazir: TANAP Azərbaycan və Türkiyə Prezidentlərinin iradəsi nəticəsində başa gəlib – FOTO

15:58 - 19 / 02 / 2021
Baş nazir: TANAP Azərbaycan və Türkiyə Prezidentlərinin iradəsi nəticəsində başa gəlib – FOTO

Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Trans Anadolu Qaz Kəməri- TANAP-ın Ankaradakı ofisində olub.

Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, TANAP-ın Baş direktoru Saltuk Düzyol layihənin fəaliyyəti haqda təqdimatla çıxış edib.

Baş nazir Əli Əsədov layihənin Azərbaycan və Türkiyə Prezidentlərinin iradəsi nəticəsində başa gəldiyini deyib, hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.

S.Xankişiyeva

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər