Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur? – CƏDVƏL | 1news.az | Xəbərlər
İqtisadiyyat

Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur? – CƏDVƏL

10:50 - 19 / 02 / 2021
Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur? – CƏDVƏL

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğunu açıqlayıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğu göstərilir.

Əsasnaməyə görə, aşağıdakı hallarda I dərəcə əlillik müddətsiz təyin edilir:

iki ətrafın güdülü (“ətraflar” dedikdə ayaqlar və qollar, güdül dedikdə “amputasiya edilmiş, travmatik qopan hissə” başa düşülür);

iki əlin hər birində baş barmaq daxil olmaqla üç barmağın olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);

iki əlin baş barmaq istisna olmaqla dörd barmağının olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);

hər iki əlin bilək oynağından amputasiyası.

II dərəcə əlillik müddətsiz təyin edilir:

bir budun güdülü;

bir əlin güdülü.

III dərəcə əlillik müddətsiz təyin edilir:

bir əldə üç barmağın olmaması, ankilozu və ya kəskin kontrakturası (funksional yararsız vəziyyətdə olması);

birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması;

baldırın güdülü, pəncənin (Piroqov üzrə və ya Şopar oynağından) amputasiyası, hər iki pəncənin (Şarp üzrə daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası (amputasiya dedikdə travmatik qopması).

S.Xankişiyeva

Paylaş:
527

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər