DSX: Hadrut və Şuşanın azad olunmasında sərhədçilər də qəhrəmanlıq göstərib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

DSX: Hadrut və Şuşanın azad olunmasında sərhədçilər də qəhrəmanlıq göstərib – FOTO

12:45 - 19 / 02 / 2021
DSX: Hadrut və Şuşanın azad olunmasında sərhədçilər də qəhrəmanlıq göstərib – FOTO

Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin ələ keçirilməsi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıqlar göstərib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılmasının 16-cı ildönümü münasibətilə tədbirdə deyilib.

Dövlət himninin səslənməsi ilə başlayan təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli Sərəncamı əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması ilə ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, sərhəd sularında dövləti maraqlarımızın qorunması imkanlarının genişlənməsi, dəniz sərhədlərinin mühafizəsi məsələlərinə daima ali diqqətin göstərilməsi sayəsində yüksək nəticələrin əldə olunması qeyd edilmişdir.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün əlamətdar olan bu gü­nün Vətən Müharibəsində tarixi qələbənin təntənəsinin yaşandığı dövrə təsa­düf etməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatmasının Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti tərəfindən böyük sevinc və qürur hissləri ilə qarşılanması vurğulanmışdır.

Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sər­həd Xidmətinin qarşısına qoyduğu döyüş tapşırıqlarının uğurla icra edilərək Ermənistanla dövlət sərhədinədək böyük bir ərazinin azad edilməsi, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin ələ keçirilməsi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olun­ma­sında Azərbaycan sərhədçilərinin göstər­dikləri qəhrəmanlıqlar, “Harop” və digər zərbəendirici pilotsuz uçuş aparatlarının, sərhəd aviasiyasının AN-2 təyyarələrinin Azərbaycan sərhədçiləri tərəfindən peşəkar tətbiqi nəticəsində düşmənə ciddi döyüş itkilərinin vurulması böyük qürur hissi ilə qeyd olunmuş, işğaldan azad edilmiş dövlət sərhədlərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin uğurla davam etdirilməsi bildirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmış, böyük şərəf hissilə Azərbaycan Respublikasının dövlət sərhədlərinin toxunulmazlığının keşiyində duran dənizçi sərhədçilərin bundan sonra da xidməti tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olun­muş­dur.

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltifləndirilmişdir.

S.Xankişiyeva

Paylaş:
492

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər