Dünyada son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 391 mindən çox artıb.
1news.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 391 231 nəfər yeni koronavirusa yoluxub, 7 110 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 119 603 761, ölənlərin isə 2 649 722 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 29 115 662 nəfər. Siyahıda daha sonra Braziliya (11 439 558), Hindistan (11 385 339), Rusiya (4 400 045), Böyük Britaniya (4 258 442), Fransa (4 002 129), İtaliya (3 223 142), İspaniya (3 183 704), Türkiyə (2 879 390), Almaniya (2 575 849), Kolumbiya (2 299 082) və Argentina (2 195 722) gəlir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
1news.az