Alimlər atmosferini bərpa etmiş ilk planeti aşkar ediblər | 1news.az | Xəbərlər
Dünya

Alimlər atmosferini bərpa etmiş ilk planeti aşkar ediblər

18:04 - 24 / 03 / 2021
Alimlər atmosferini bərpa etmiş ilk planeti aşkar ediblər

Gliese 1132 adlı qırmızı karlik (balaca və nisbətən soyuq olan ulduzlar) ətrafında Yer kürəsinə bənzəyən GJ 1132 b adlı ekzoplanet fırlanır. Sözügedən planet Yer kürəsinə bənzəsə də bir sıra özəlliklərə görə fərqlənir.

Alimlər Hubble teleskopu vasitəsilə aşkar ediblər ki, nə vaxtsa bu planetin atmosferi ulduz radiasiyasının təsiri nəticəsində məhv olub. Lakin vulkanik aktivlikdən sonra planet öz ətrafında yeni atmosfer yarada bilib. Nəticədə planetin yeni atmosferi hidrogendən, metandan və sianid tuşusundan ibarətdir. Bu barədə Phys.org saytı xəbər verib.

Alimlərin fikirlərinə əsasən GJ 1132 b də Yer kürəsi ilə eyni atmosfer təzyiqinə sahibdir. Lakin planetlərin arasında fərqliik də var. Alimlər təyin ediblər ki, GJ 1132 b hidrogendən ibarət sıx atmosferli qaz planeti şəklində yaranıb. Bununla belə onun diametri Yer kürəsinin diametrindən qat-qat böyük olub. Lakin cavan ulduz radiasiyasının təsiri nətcəsində ekzoplanet öz ilkin hidrogen və helium tərkibini itirib. Qısa müddət ərzində ekzoplanetdən yalnız Yer kürəsi ölçüsündə nüvə qalmışdı. Daha sonra isə ən maraqlı proses başlayıb.

Hubble teleskopu alimlərə planetin daha sonra yaranmış ikinci atmosferini göstərib. Uzunmüddətli müşahidə və kompüter modelləşdirməsi sayəsində məlum olub ki, planetin atmosferi hal hazırda molekulyar hidrogendən, metandan və sianid turşusundan ibarətdir. Alimlər güman edirlər ki, planetin ilkin atmosferində olmuş hidrogen mantiyanın maqmasına hopub və indi vulkanik aktivlik nəticəsində tədricən maqmadan çıxaraq planetin yeni atmosferini yaradır. Vulkanik proseslərin davam etməsi çün mantiya lazımi səviyyədə isti və duru halda olmalıdır. Alimlərin fikirlərinə əsasən bu cür kəşf digər ekzoplanetlərin aşkar edilməsində vacib rol oynaya bilər.

1news.az

Paylaş:
481

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər