Ermənistanda hərbi vəziyyət ləğv edilib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda hərbi vəziyyət ləğv edilib

13:56 - 24 / 03 / 2021
Ermənistanda hərbi vəziyyət ləğv edilib

Ermənistan parlamenti ölkədə hərbi vəziyyətin ləğv edilməsi barədə qərar layihəsini qəbul edib.

1news.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, müxalif “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyalarının təklif etdiyi qərar layihəsini Nikol Paşinyanın “Mənim addımım” parlament fraksiyası dəstəkləyib.

Parlamentin bugünkü plenar iclasında baş tutan səsvermə zamanı deputatlardan 118-i layihənin lehinə, 1-i əleyhinə səs verib.

Qeyd edək ki, Ermənistanda hərbi vəziyyət 2020-ci ilin 27 sentyabrında Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlanması ilə əlaqədar elan edilmişdi.

1news.az

Paylaş:
649

Son xəbərlər

Bütün xəbərlər