Prezident İlham Əliyev Dubay Əmirinə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Dubay Əmirinə başsağlığı verib

17:40 - 25 / 03 / 2021
Prezident İlham Əliyev Dubay Əmirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, başsağlığında deyilir:

"Əlahəzrət,

Qardaşınız – Birləşmiş Ərəb Əmirliklərinin maliyyə naziri, Dubay Əmirinin müavini, görkəmli dövlət xadimi Şeyx Həmdan bin Rəşid Al Məktumun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

1news.az

Paylaş:
633

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər