Azərbaycan nefti bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti bahalaşıb

12:30 - 25 / 03 / 2021
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 24-də 63,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel çoxdur.

1news.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,72 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,72 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,64 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel çoxdur.

Paylaş:
389

Son xəbərlər

Bütün xəbərlər