XİN-dən “mədəniyyət cinayətlərinin” törədilməsi ilə bağlı Ermənistanın əsassız bəyanatına CAVAB | 1news.az | Xəbərlər
Siyasət

XİN-dən “mədəniyyət cinayətlərinin” törədilməsi ilə bağlı Ermənistanın əsassız bəyanatına CAVAB

Qafar Ağayev13:13 - 26 / 03 / 2021
XİN-dən “mədəniyyət cinayətlərinin” törədilməsi ilə bağlı Ermənistanın əsassız bəyanatına CAVAB

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “mədəniyyət cinayətləri” törətmək barədə əsassız iddialarını şərh edib.

1news.az-ın xəbərinə görə, XİN-in açıqlamasında deyilir:

25 mart 2021-ci ildə BBC News Azərbaycanın Cəbrayıl şəhərində "Erməni kilsəsinin yoxa çıxması” barədə xəbər yaydı. Bu cür ittihamları ciddi şəkildə nəzərdən keçirir, lakin YUNESKO üzrə Ermənistan Milli Komissiyasının Azərbaycan tərəfindən hər hansı bir “mədəniyyət cinayəti” törədilməsi barədə iddialarını qətiyyətlə rədd edirik.

Azərbaycan Respublikası mədəniyyətin və dini müxtəlifliyin qorunmasına sadiq olduğunu dəfələrlə təsdiq etmişdir və bu, dəyişməz olaraq qalır.

İddia olunan "yoxa çıxma" məsələsinə kompleks şəklində baxılmalıdır. Sözügedən ibadətgah, beynəlxalq səviyyədə Azərbaycanın əraziləri kimi tanınan torpaqlarında Ermənistanın 30 illik işğalı dövründə qeyri-qanuni şəkildə inşa edilmişdir və 1993-cü ildə qanunsuz işğala qədər həmin ərazilər yalnız etnik azərbaycanlılar tərəfindən məskunlaşmışdı. İbadətgah Ermənistanın Cəbrayılda və Azərbaycanın digər işğal olunmuş bölgələrində nəsillər boyu yaşamış azərbaycanlıların evlərini və mədəni irsini dağıtdığı bir dövrdə tikilmişdir.

2017-ci ildə Azərbaycan Respublikasının Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) müraciətindən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri Cəbrayıldakı ibadətgahı ziyarət etməyi qəbul etdilər. Azərbaycan Respublikası erməni qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərinin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərini dəyişdirməsindən ciddi narahatlığını bildirdi. ATƏT-in Minsk Qrupu həmsədrləri bu səfərdən sonra ibadətgahın Cəbrayıldakı hərbi birləşmənin bir hissəsi olaraq erməni əsgərləri tərəfindən istifadə edilməsi üçün inşa edildiyi qənaətinə gəldilər.

Yalnız beş il əvvəl tikilən və inşası tam şəkildə Ermənistan işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətgah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab edilə bilməz.

Azərbaycanın bir vaxtlar işğal altında olan ərazilərinin dağıdılmasının beynəlxalq media tərəfindən geniş işıqlandırılması və bu ərazilərin hətta “Ruhlar şəhəri” və ya “Qafqazın Xirosiması” kimi adlandırılması Ermənistanın vandalizmini və Azərbaycanın tarixi, mədəni və dini irsinin dövlət səviyyəsində dəstəklənən qəsdən məhv edilməsi siyasətini açıq şəkildə nümayiş etdirdi.

Azərbaycanın irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə mədəni təmizləmə və çoxsaylı hərbi cinayətlər həyata keçirən, o cümlədən 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi məkan, saray və muzeyi dağıdan ölkənin Azərbaycanı ittiham etmək üçün nə hüquqi, nə də mənəvi haqqı var.

Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi onilliklər ərzində beynəlxalq missiyaların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə icazə verməyib. Bu həqiqət, 2005-ci ildə nəşr olunan YUNESKO-nun Fəaliyyət Hesabatında da açıq şəkildə əksini tapmışdır. Hesabatda bildirilirdi ki, Azərbaycan hökuməti Dağlıq Qarabağda və digər işğal olunmuş ərazilərdə mədəni irsin qorunması ilə bağlı narahatlığını ifadə edib və bu ərazilərə fakt araşdırma missiyasının göndərilməsini xahiş edib, lakin missiyanın qarşısı bu ərazilərin Ermənistan hərbi qüvvələri tərəfindən işğalı səbəbindən alındı.

Azərbaycan işğaldan azad olunmuş ərazilərində törədilən dağıntıların müvafiq şəkildə sənədləşdirilməsi üçün bu ərazilərə müstəqil və hərtərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəfdir. Bu xüsusda YUNESKO ilə konstruktiv dialoq aparılır və ümid edirik ki, bu missiya tezliklə baş tutacaq.

Azərbaycan Respublikası azad edilmiş ərazilərində tarixi, mədəni və dini irsin qorunması və saxlanması üzrə beynəlxalq öhdəliyinə sadiq qalır.

Paylaş:
609

Son xəbərlər

COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57
Bütün xəbərlər