Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır | 1news.az | Xəbərlər
Siyasət

Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır

12:26 - 26 / 03 / 2021
Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır

Rusiya və Azərbaycan Xarici İşlər nazirləri arasında görüş planlaşdırılır.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, görüş aprelin 2-də Moskvada baş tutacaq Müstəqil Dövlətlər Birliyi ​ xarici işlər nazirlərinin iclası çərçivəsində keçiriləcək.

Zaxarova Rusiya Xarici İşlər nazirinin MDB XİN başçılarının iclası çərçivəsində azərbaycanlı və erməni həmkarları ilə görüşlərinin keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər