Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib

Qafar Ağayev13:05 - 13 / 05 / 2021
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib

Müdafiə Nazirliyi istefada olan general-polkovnik Tofiq Ağahüseynovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, başsağlığında deyilir:

"Görkəmli hərbi və dövlət xadimi, Böyük Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi T.Ağahüseynovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
ALLAH rəhmət eləsin!
Müdafiə Nazirliyinin rəhbərliyi".

Paylaş:
593

Son xəbərlər

Bütün xəbərlər