Dövlət sərhədində gərginlik: ABŞ Azərbaycana və Ermənistana çağırış etdi | 1news.az | Xəbərlər
Siyasət

Dövlət sərhədində gərginlik: ABŞ Azərbaycana və Ermənistana çağırış etdi

10:07 - 14 / 05 / 2021
Dövlət sərhədində gərginlik: ABŞ Azərbaycana və Ermənistana çağırış etdi

ABŞ administrasiyası Azərbaycanı və Ermənistanı iki ölkənin dövlət sərhədindəki gərginliyi azaltmağa çağırıb.

1news.az AZƏRTAC-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün tvitter hesabında yazıb. N.Prays qeyd edib ki, ABŞ hökuməti Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyir. Rəsmi Vaşinqtonun tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşdüyünü, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırdığını bildirib.

1news.az

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər