Rusiya dost olmayan ölkələrin adını açıqladı | 1news.az | Xəbərlər
Siyasət

Rusiya dost olmayan ölkələrin adını açıqladı

17:52 - 15 / 05 / 2021
Rusiya dost olmayan ölkələrin adını açıqladı

Rusiya hökuməti "Fəaliyyətləri ilə Rusiyaya qarşı dost münasibəti göstərməyən" ölkələrin siyahısını təsdiqləyib. Siyahıya yalnız ABŞ və Çexiya daxil edilib.

1news.az xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb. Sənəddə qeyd olunub ki, Çex Respublikasının Rusiyadakı diplomatik nümayəndəliyinə Rusiya vətəndaşlığı olan ən çox 19 əməkdaş qəbul etməsinə icazə veriləcək. ABŞ diplomatik nümayəndəliyinə isə, ümumiyyətlə, Rusiya vətəndaşı olan işçi götürmək qadağan olunub.

Hökumətin qərarını şərh edən Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, siyahıya daxil edilmiş dövlətlərin seçimi Moskvanın dialoqa hazır olduğunu göstərir.

Qeyd edək ki, sözügedən sənəd Vladimir Putin tərəfindən 23 aprel tarixində Çexiya və ABŞ ilə yaşanan diplomatik böhran fonunda imzalanıb. Belə ki, rəsmi Praqa Moskvanı 2014-cü ildə baş verən partlayışda günahlandıraraq 18 rus diplomatını arzuolunmaz şəxs elan edib. Vaşinqton isə ABŞ federal agentliklərinə edilən kiberhücumlarda və 2020 seçkilərinə müdaxilədə Rusiyanı cavabdeh bilərək yeni sanksiyalar tətbiq edib və bir sıra rus diplomatını ölkədən çıxarıb.

1news.az

Paylaş:
375

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər