Məktəblərin qismən açılması və tədrisin ənənəvi qaydada bərpası - “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblərin qismən açılması və tədrisin ənənəvi qaydada bərpası - “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

S.Xankişiyeva09:11 - 18 / 05 / 2021
Məktəblərin qismən açılması və tədrisin ənənəvi qaydada bərpası - “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

Mayın 17-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa edilib.

Bu şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.

Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək.

Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.

X-XI siniflər üzrə dərslər onlayn formada davam etdiriləcək.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Məktəblərin qismən açılması və tədrisin ənənəvi qaydada bərpası” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə, "Zəngi" liseyinin direktoru, əməkdar müəllim Almaz Əsgərova, təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov və "Azərbaycan müəllimi" qəzetinin müxbiri,Təhsil Şurasının üzvü Niyazi Rəhimov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
95

Son xəbərlər

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb22 / 06 / 2021, 18:06“Anadolu Qartalı-2021” təlimi başlayıb - Azərbaycan hərbçiləri də iştirak edir - FOTO22 / 06 / 2021, 17:50Türkiyə COVID-19-a qarşı peyvənd istehsal edəcək22 / 06 / 2021, 17:43Novxanı çimərliyində “avtoşluq” edən “Niva” sürücüləri saxlanıldı - VİDEO22 / 06 / 2021, 17:40Fulya Öztürk: Bu film məndən yox, Qarabağ müharibəsindən bəhs edir - VİDEO22 / 06 / 2021, 17:31Azərbaycanda yeni Nəbatat bağı salınacaq22 / 06 / 2021, 17:20Azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd edən 3 nəfər saxlanıldı22 / 06 / 2021, 17:05Toylarda sərinkeşlərdən istifadə qadağan edildi22 / 06 / 2021, 16:57Vurulan vaksinlərin sayı 3 milyonu keçdi - STATİSTİKA22 / 06 / 2021, 16:39Azərbaycanda 22 iyuna olan koronavirus statistikası açıqlandı22 / 06 / 2021, 16:33Qüdsdə İsrail polisi ilə toqquşmalarda 20 fələstinli yaralanıb22 / 06 / 2021, 16:20Ceyhun Bayramov Qulam İshaqzai ilə görüşüb22 / 06 / 2021, 15:43“Məşğulluq marafonu”na artıq 123 işəgötürən qoşulub, 388 vakansiya təqdim edilib22 / 06 / 2021, 15:33Daha bir avtobusda ödəniş kartla olacaq22 / 06 / 2021, 15:24Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılır - FƏRMAN22 / 06 / 2021, 15:21“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun təsdiqləndi22 / 06 / 2021, 15:08Energetika Nazirliyinin işçilərinin say həddində dəyişiklik edilib22 / 06 / 2021, 15:04Vətən Haqqı: Şəhidimiz Azərbaycan çempionu Muxtar Qasımlı - VİDEO22 / 06 / 2021, 14:58Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edildi22 / 06 / 2021, 14:56Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı22 / 06 / 2021, 14:53
Bütün xəbərlər

Next TV