Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq etdi

S.Xankişiyeva16:23 - 22 / 09 / 2021
Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq etdi

Baş Prokurorluq Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə xəbərdarlıq edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla paytaxtın Yasamal rayon sakini Əli Əliyevin “Youtube” sosial şəbəkəsində çıxışlarında müxtəlif şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələr istifadə etməsi, vətəndaşlara qarşı zorakılıq etməyə yönələn çağırışlar etməsi, internet informasiya resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməsi, həmçinin koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönələn ifadələrə yol verməsi müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar Əli Əliyev 22.09.2021-ci il tarixdə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməllərə davam edəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edildi.

Paylaş:
615

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər