Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşündə Daşkənd Bəyannaməsi imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşündə Daşkənd Bəyannaməsi imzalanıb

13:01 - 02 / 08 / 2022
Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşündə Daşkənd Bəyannaməsi imzalanıb

Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin I üçtərəfli görüşünün yekununda Daşkənd Bəyannaməsi imzalanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Daşkənd Bəyannaməsi türk dünyasının rifahını artıracaq və münasibətləri gücləndirəcək, eyni zamanda, bu mexanizm çərçivəsində konkret layihələr ərsəyə gələcək.

Qeyd edək ki, Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan Respublikası xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilir.

Üçtərəfli görüşdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təmsil edir.

1news.az

Paylaş:
560

Son xəbərlər

Bütün xəbərlər