Prezident İlham Əliyev özünə yeni köməkçi təyin edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident İlham Əliyev özünə yeni köməkçi təyin edib

Qafar Ağayev17:49 - 24 / 11 / 2022
Prezident İlham Əliyev özünə yeni köməkçi təyin edib

Prezident İlham Əliyev A.V.Sipilinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

1news.az xəbər verir ki, Sərəncamla Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Paylaş:
442

Son xəbərlər

Bütün xəbərlər