Bakıda velosiped oğrusu saxlanılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda velosiped oğrusu saxlanılıb - VİDEO

Qafar Ağayev13:04 - 02 / 05 / 2023
Bakıda velosiped oğrusu saxlanılıb - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son 1 ayda metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarının ətrafında ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 9 ədəd velosiped oğurlayan, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Babək Abdullazadə tutulub.
DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Babək Abdullazadə üzərində gəzdirdiyi kəsici alətlə velosipedlərin bağlanma vasitələrini kəsərək onları ələ keçirib və pul müqabilində müxtəlif şəxslərə satıb.

O, oğurluq nəticəsində əldə etdiyi maddi vəsaitləri isə şəxsi ehtiyaclarına ödəyib. Babək Abdullazadədən maddi sübut qismində oğurladığı velosipedlərin bir qismi aşkar olunaraq götürülüb.

Qeyd edək ki, onun oğurluq etməsi inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Babək Abdullazadə barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nərimanov Rayon Polis İdarəsinə, 16-ci Polis Şöbəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Paylaş:
926

Son xəbərlər

IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54
Bütün xəbərlər