Şəmkirdə quş kəsimi müəssisəsinin fəaliyyəti nöqsanlara görə məhdudlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə quş kəsimi müəssisəsinin fəaliyyəti nöqsanlara görə məhdudlaşdırılıb

Qafar Ağayev15:19 - 02 / 05 / 2023
Şəmkirdə quş kəsimi müəssisəsinin fəaliyyəti nöqsanlara görə məhdudlaşdırılıb

Şəmkirdə quş kəsimi müəssisəsində nöqsanlar aşkarlanıb.

Bu barədə 1news.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən fiziki şəxs Musayev Vahid Məstan oğluna məxsus quş kəsimi müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, quş ətinin baytarlıq müayinəsindən keçirilmədiyi, istehsal və saxlama zamanı quş ətinə baytarlıq-sanitariya nəzarətinin aparılmadığı, həmçinin temperatur rejiminə əməl olunmadığı aşkarlanıb.

Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyətinin məhdudlaşdırılmasına dair qərar qəbul olunub.

Paylaş:
520

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər