Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni qeydiyyat dalğasını elan edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni qeydiyyat dalğasını elan edir

Qafar Ağayev17:25 - 02 / 05 / 2023
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni qeydiyyat dalğasını elan edir

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni tədris proqramı üçün qeydiyyat elan edir.

1news.az xəbər verir ki, “PAŞA Holding” Şirkətlər Qrupunun dəstəyi ilə yaradılan mərkəzin təqdim etdiyi təlimlərdən yararlanmaq üçün 18 yaşdan yuxarı və ingilis dili biliklərinə malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. Belə ki, israilli mütəxəssislər tərəfindən keçiriləcək imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları və ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə iştirak hüququ əldə edəcək.

Proqrama qəbul olunan şəxslərə israilli müəllimlər tərəfindən “Technion” İnstitutunun təlim proqramına əsasən dərslər keçiriləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay müddətində saat 09:00-dan 17:00-a qədər davam edəcək. Təlimlərdə 3 növ mütəxəssisin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə), “SOC Team” (analitika). Hər birində 20 nəfər olmaqla hücum, müdafiə və analitiklərdən ibarət komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Təlimi uğurla bitirənlərə “Technion” İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün son tarix 31 may 2023-cü ildir.

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 3 il ərzində 1000-dən çox şəxsə təlim verilməsi nəzərdə tutulub. Tədris müddətində ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, məlumatlandırma, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı istiqamətində də təlimlər keçiriləcək.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSfcis9e0D0kwoDDQxdRsLUf4f1USi_AJ-2kzZlzLiSvUBDifg/viewform

Paylaş:
419

Son xəbərlər

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09
Bütün xəbərlər