ABŞ-da Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş olub | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-da Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş olub

Qafar Ağayev09:13 - 02 / 05 / 2023
ABŞ-da Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş olub

Ötən gün Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tviter hesabında məlumat yayıb.

Qeyd olunub ki, diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

Paylaş:
822

Son xəbərlər

Bütün xəbərlər