FHN: Kür-Bakı magistral su kəmərində qəza olub, yolu su basıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Kür-Bakı magistral su kəmərində qəza olub, yolu su basıb - VİDEO

Qafar Ağayev10:39 - 02 / 05 / 2023
FHN: Kür-Bakı magistral su kəmərində qəza olub, yolu su basıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verməsi nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Nazirlikdən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri suçəkmə və digər lazımi təhlükəsizlik tədbirlərinin görülməsi üçün dərhal əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Paylaş:
612

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

10 / 09 / 2025, 12:19
Bütün xəbərlər