Qarabağda əkiləcək “Marafon bağı”na ağac ianə edək! | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağda əkiləcək “Marafon bağı”na ağac ianə edək!

Qafar Ağayev16:38 - 04 / 05 / 2023
Qarabağda əkiləcək “Marafon bağı”na ağac ianə edək!

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə cari ilin 7 may tarixində keçiriləcək Bakı Marafonunun iştirakçıları və izləyicilərinin diqqətini erməni işğalı nəticəsində Qarabağın ətraf mühitinə vurulan zərərə və bu zərərin aradan qaldırılmasının vacibliyinə yönəltmək məqsədilə Qarabağ Dirçəliş Fondu və Fondun donoru “Stevedoring” şirkətinin maliyyə dəstəyi hesabına “Bakı Marafonu – 2023” qalibləri adından Qarabağda “Marafon bağı”nın salınması nəzərdə tutulur.

Həmin bağın ərazisində 1500-dən artıq ağac əkiləcək və onların dayanıqlılığının təmin olunması üçün müasir suvarma sistemi quraşdırılacaq.

Artıq hər biriniz Qarabağ üçün ağac ianə etməklə bu təşəbbüsə dəstək göstərə bilərsiniz.

Bunun üçün aşağıda göstərilən keçiddə plastik kartla ağac ianə etmək kifayətdir:

https://qdf.gov.az/iane-imkanlari/kartla-iane/#tree

Qeyd edək ki, eyni zamanda 7 may tarixində Bakı Bulvarında təşkil ediləcək marafonun fan zonasında QDF tərəfindən “Marafon bağı” adlı xüsusi yaşıl pavilyon yaradılacaq.

Ziyarətçilər stenddə quraşdırılacaq ödəniş terminalı və smartfonlar vasitəsilə Qarabağda “Marafon bağı”nın salınmasına dəstək olmaq üçün ağac ianə edə biləcəklər. İanə edən şəxslərə xüsusi “İanə Sertifikat”ları təqdim olunacaq.

Qeyd edək ki, ekoloji lahiyələrə dəstəyin göstərilməsi Fondun fəaliyyətinin strateji istiqamətlərindən biridir.

Bu məqsədlə 23 sentyabr 2021-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Gəlin, Qarabağı birlikdə daha yaşıl bərpa edək!

Paylaş:
633

Son xəbərlər

Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10
Bütün xəbərlər