Yaşar Sarı: Şuşada İlham Əliyevin suallara açıq cavab verməsi konfransa ayrı bir dəyər qatdı
"Konfransda dünyanın fərqli yerlərindən professorlar, siyasətçilər, ekspertlər iştirak edir.
Konfransın iki mövzusu var, biri genis Avrasiya coğrafiyası, digəri isə Heydər Əliyev kimi böyük bir liderin 100 illik yubileyi idi. Heydər Əliyevin yubileyini ən yaxşı qeyd edəcəyimiz yer Şuşa idi. Çünki Heydər Əliyev Şuşanın azad olunmasını görməyi çox istəyirdi".
Bunu 1news.az-a açıqlamasında Şuşada keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirak edənTürkiyənin İbn Haldun Universitetinin bazasında Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru Yaşar Sarı deyib.
qeyd edib ki, Prezident İlham Əliyevin konfransa qatılıb bütün suallara açıq cavab verməsi də konfransa ayrı bir dəyər qatdı.
İlham Əliyev konfrans zamanı çox sərbəst cavab verdi.
O, qeyd edib ki, Azərbaycanın sülh təkliflərinə müsbət cavab verməmək Ermənistanın zərərinə olacaq.
"Bu münaqişənin tarixini bilərlər yaxşı bilir ki, Azərbaycan öz torpaqlarını illərlə diplomatik yol ilə azad etmək istəyirdi. Ancaq Ermənistan buna müsbət cavab vermirdi. Danışıqların fayda vermədiyini görən Azərbaycan Ermənistanın təxribatlarının qarşısını almaq üçün müharibə başlatdı, nəticəsi də göz qarşısındadır. Məğlub olan Ermənistan bölgədə var olan zənginliklərdən pay almaq istəyirsə, Azərbaycanın təkliflərinə müsbət cavab verməlidir.
Zəngəzur dəhlizi ilə bağlı danışan Y.Sarı qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanın sadəcə iki tərəfini Azəbaycanla Naxçıvanı bağlamır, eyni zamanda Türkiyə ilə Azərbaycanı da bağlayan, bundan başqa da Avropa ilə Asiya arasında önəmli bir körpü rolunu oynayacaq.
“Əgər Ermənistan bunu qəbul edərsə, bundan təbii olaraq Ermənistan da faydalanacaq”.