Tibb müəssisələrində ambulator-poliklinik fəaliyyət optimallaşdırılaraq yenidən təşkil edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Tibb müəssisələrində ambulator-poliklinik fəaliyyət optimallaşdırılaraq yenidən təşkil edilir

Qafar Ağayev10:10 - 04 / 05 / 2023
Tibb müəssisələrində ambulator-poliklinik fəaliyyət optimallaşdırılaraq yenidən təşkil edilir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində səhiyyə strukturunun təkmilləşdirilməsi, həmçinin tibb kadrlarından daha səmərəli istifadə edilməsi, ilkin tibbi-sanitariya yardımı xidmətinin imkanlarının artırılması və fəaliyyətinin gücləndirilməsi, tibb müəssisələrinin infrastrukturundan səmərəli istifadə edilməsi məqsədilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan bir sıra tibb müəssisələrində çarpayı fondunun optimallaşdırılması ilə bağlı tədbirlər həyata keçirilib.

1news.az xəbər verir ki, Mərkəzin strukturuna daxil olan 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli birləşmiş şəhər xəstəxanalarında, Kürdəxanı Sağlamlıq Mərkəzi, Zabrat və Zirə müalicə-diaqnostika mərkəzlərində stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondu ləğv edilib, həmin müəssisələrdə yalnız ambulator-poliklinik xidmət saxlanılıb.

Eyni zamanda Mərkəzin tabeliyində fəaliyyət göstərən 14, 21, 23 və 29 nömrəli birləşmiş şəhər xəstəxanalarında və 8 nömrəli Şəhər Xəstəxanasında müəyyən dəyişiklik edilərək müəssisələrin sutkalıq fəaliyyətləri saxlanılmaqla stasionar, ambulator-poliklinik fəaliyyət yenidən təşkil edilib.

Həyata keçirilən bu tədbirlər əhaliyə göstərilən ambulator xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, tibbi kadrlardan səmərəli istifadə, tibb müəssisələrində olan çarpayı fondunun təkmilləşdirilməsi və real tələbata uyğunlaşdırılmasına xidmət edəcək.

Paylaş:
209

Son xəbərlər

“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03
Bütün xəbərlər