Bu rayonda düşən yağıntının miqdarı aylıq normanın 99 faizi olub
Milli Hidrometeorologiya Xidmətinin mayın 4-ü saat 09:00-a olan faktiki havanı açıqlayıb.
1news.az xəbər verir ki, məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə leysan xarakterli, şimal və şərq rayonlarında intensiv və güclü yağış, dağlıq rayonlarda qar yağıb.
Qar örtüyünün hündürlüyü Qrızda 5 sm təşkil edib .
Düşən yağıntının miqdarı Kürdəmirdə 37 (aylıq normanın 97 faizi), Qəbələdə 36 (aylıq normanın 30 faizi), Biləsuvarda 33 (aylıq normanın 102 faizi), Sabirabadda 33 (aylıq normanın 99 faizi), Astarada 30 (aylıq normanın 59 faizi) Oğuzda 26 (aylıq normanın 25 faizi), Neftçalada 26 (aylıq normanın 99 faizi), Cəfərxanda 25 (aylıq normanın 76 faizi), Göyçayda 24 (aylıq normanın 38 faizi), Hacıqabulda 21 (aylıq normanın 79 faizi), Zərdabda 20 (aylıq normanın 54 faizi) və İmişlidə 20 mm (aylıq normanın 60 faizi) olub.
Müşahidə olunan və gözlənilən hava şəraiti, çaylardakı vəziyyətlə bağlı daha ətraflı məlumatları meteo.az saytından əldə edə bilərsiniz.