Fuad Nağıyev: “Turizm İnformasiya Sistemi turizm sənayesinin formalaşmasına yönəlib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Fuad Nağıyev: “Turizm İnformasiya Sistemi turizm sənayesinin formalaşmasına yönəlib”

Qafar Ağayev11:29 - 05 / 05 / 2023
Fuad Nağıyev: “Turizm İnformasiya Sistemi turizm sənayesinin formalaşmasına yönəlib”

Son illər turizm sənayesinin tənzimlənməsi və işlək mexanizmlərin hazırlanması üzrə bir sıra əhəmiyyətli tədbirlərin görülür.

1news.az
xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Turizm İnformasiya Sisteminin təqdimat mərasimində video müraciətdə deyib

O, bildirib ki, Dövlət Turizm Agentliyi tərəfindən ölkə üzrə vahid turizm platforması rolunu oynayacaq Turizm İnformasiya Sistemi sağlam rəqabət və xidmət keyfiyyəti prinsiplərinə əsaslanmaqla etibarlı və ixtisaslaşmış turizm sənayesinin formalaşmasına yönəlib.

“Layihənin uğurlu icrasının ölkədə turizm sənayesi subyektlərinin dəqiq və aydın uçotunun əldə olunmasına, həmçinin təqdim olunan xidmətlərin səviyyəsinə görə reytinq qiymətləndirilməsinin aparılmasına, Turizm İnformasiya Sisteminin sənaye subyektləri, istehlakçılar və biznes tərəfdaşları ilə daha etibarlı münasibət qurmağa imkan yaradacaq”

F. Nağıyev qeyd edib ki, Turizm İnformasiya Sistemi dövlət informasiya sistemi olmaqla “dövlət-biznes” və “biznes-biznes” rəqəmsal tərəfdaşlıq platforması kimi çıxış edir.

“ Sistemin əsas məqsədi turizm sektorunun rəqabət qabiliyyətliliyinin artırılması, turizm sənayesi və ehtiyatları barədə dəqiq və etibarlı məlumatların toplanması və ötürülməsi, ölkə ərazisində təqdim edilən turizm xidmətlərinin keyfiyyətinin təşviqi, biznes subyektlərinin brendinq prosesinin və korporativ inkişafının dəstəklənməsidir. Sistem daxilində Turizm Reyestri və xüsusi keyfiyyət proqramı aparılır, məlumat anbarı yaradılır və elektron xidmətlərin göstərilməsi nəzərdə tutulur”.

Paylaş:
266

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər