DTA rəsmisi: “Turizm İnformasiya Sistemi bu sahədə olan şirkətlər haqqında məlumat almağa imkan verəcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

DTA rəsmisi: “Turizm İnformasiya Sistemi bu sahədə olan şirkətlər haqqında məlumat almağa imkan verəcək”

Qafar Ağayev12:04 - 05 / 05 / 2023
DTA rəsmisi: “Turizm İnformasiya Sistemi bu sahədə olan şirkətlər haqqında məlumat almağa imkan verəcək”

“Uzun müddətdir üzərində işlədiyimiz layihənin təqdimatını edirik”.

1news.az xəbər verir ki, bunu Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımlı Turizm İnformasiya Sisteminin təqdimat mərasimində deyib.

“Bu bizim üçün bir qədər çətin keçən yol oldu, ilk dəfədir belə bir informasiya sistemi təqdim olunur. Çalışırdıq elə sistem yaradaq ki, həm işlək bir mexanizm olsun, həm də nəticə yönümlü sistem olsun.
Aparılan müzakirələr və görülən işlərin nəticəsində kifayət qədər yaxşı iş görə bilmişik” .

“2015-ci ildən etibarən turizm sənayesi lisenziyasız fəaliyyət göstərən sahələrdəndir” - deyə, K. Qasımlı bildirib.

“Lisenziyasız fəaliyyət bazarda şirkətlərin, bu sahədə fəaliyyət göstərənlərin sayının artmasına səbəb olmuşdu. Turizm sənayesi ilə bağlı çalışanların sayının artması sevindirici olsa da, rəqabətin pozulması ilə bağlı Agentliyə müraciət edənlərin sayı da kifayət çox idi. Bu məsələyə nəzarət mexanizmi yox idi. Biz ümid edirik ki, bu reyestr sayəsində turizm sənayesində olanlar bir birini tanıyacaq” .

Aparat rəhbəri qeyd edib ki ki, turizm sahəsində fəaliyyət göstərən bütün şirkətlər bu sistemdə inteqrasiyası olacaq.

“Həm sənaye subyektləri, həm dövlət qurumları, eyni zamanda potensial müştərilər hər bir şirkət haqqında ətraflı məlumat əldə edəcəklər . Sistem üzərindən gətirdiyimiz keyfiyyət nişanları vasitəsilə də sənaye subyektinə yaxınlaşmadan hansı kateqoriyada olduğu ilə bağlı informasiya almaq mümkün olacaq” .

K.Qasımlının sözlərinə görə, bu şirkətlərə həm öz marketinq siyasətini aparmağa imkan verəcək, eyni zamanda müştərilərin, digər sənaye subyektlərinin münasiblərdə kimlərlə hansı səviyyədə ünsiyyət qurduğunu biləcəklər. Bu kifayət qədər çətin sistem idi,dövlət qurumlarının informasiya sistemlərinə inteqrasiya məsələsi var idi” .

Paylaş:
640

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər