Bakıda daha bir marşrut kart sisteminə keçir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha bir marşrut kart sisteminə keçir - FOTO

Qafar Ağayev09:12 - 08 / 05 / 2023
Bakıda daha bir marşrut kart sisteminə keçir - FOTO

Artıq bu gündən 50 nömrəli müntəzəm marşrut üzrə (“Neftçilər” metro stansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən) avtobuslarda gediş haqqı nağdsız qaydada ödənilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) 1news.az-a verilən məlumata görə, bununla da sözügedən marşrutdan gündəlik istifadə edən 10 minə yaxın sərnişinin rahat gediş-gəlişi təmin edilib.

İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.

Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər