“Ermənistan törətdiyi təxribatlarla bu günə kimi əldə edilən nəticələrə kölgə salmaq istəyir” – Ceyhun Məmmədov | 1news.az | Xəbərlər
Siyasət

“Ermənistan törətdiyi təxribatlarla bu günə kimi əldə edilən nəticələrə kölgə salmaq istəyir” – Ceyhun Məmmədov

Qafar Ağayev15:21 - 12 / 05 / 2023
“Ermənistan törətdiyi təxribatlarla bu günə kimi əldə edilən nəticələrə kölgə salmaq istəyir” – Ceyhun Məmmədov

“Ermənistanın törətdiyi təxribatlar ilk dəfə törədilmir”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

“Görünən odur ki, Ermənistan sülh istəmir, bu günə kimi imitasiya ilə məşğuldular. Azərbaycan bölgəyə sülhün gəlməsində maraqlıdır. Ermənistan törətdiyi təxribatlarla bu günə kimi əldə edilən nəticələrə kölgə salmaq istəyir. Belə bir görüntü yaratmaq istəyir ki, sanki Azərbaycan sülh istəmir və sərhəddə təxribatı törədən də Azərbaycandır. Əslində ilə hamıya məlum olduğu kimi reallıq fərqlidir, təxribatları törədən Ermənistandır” – o, qeyd edib.

Deputat deyib ki, beynəlxalq təşkilatlar bu məsələdə yenə də öz ikili standartları ilə, qərəzli yanaşmalar ilə yanaşırlar.

“Beynəlxalq təşkilatların Ermənistanla bağlı hansısa sərt çağırışını, Ermənistanın bu addımını pisləyən bəyanatına rast gəlmirik. Qərbin ikili standartları, Ermənistanın əvvəlki dövrlərdə törətdiyi təxribatlara heç bir reaksiya verilməməsi, sanksiya tətbiq edilməməsi və s. məsələlər məğlub Ermənistana təxribatlar üçün cəsarət verir. Ona görə beynəlxalq təşkilatlar öz siyasətlərinə yenidən baxmalı, ikili standartlara son qoymalıdır. Ermənistanın bu əməlləri qınanmadıqca, sanksiya tətbiq edilmədikcə, təxribatlarına göz yumulduqcaq bu proses davam edəcək”.

“Bölgədə sülhün gəlməsi üçün Azərbaycan çalışır, amma bu məsələdə təkcə Azərbaycanın çalışması bəs etmir” – deyə, C.Məmmədov əlavə edib:

“Eyni zamanda qərb dövlətləri və region dövlətləri də bu məsələlərdə maraqlı olmalıdır. Real addımlar ortaya qoyulmalıdır. Amma bu olmadıqca Ermənistan eyni təxribatlara davam edəcək və eyni addımları atacaq”.

Xatırldaq ki, mayın 10-da axşam saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçuları - Novruzəlizadə Orxan Elxan oğlu həlak olub, Mahmudlu Müslüm Vidadi oğlu ağır yaralanıb.

Paylaş:
520

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər