Uşaqları gəmiçi olmağa həvəsləndirən Azərbaycanın və dünyanın ilk tanker muzeyindən VİDEOREPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

Uşaqları gəmiçi olmağa həvəsləndirən Azərbaycanın və dünyanın ilk tanker muzeyindən VİDEOREPORTAJ

Qafar Ağayev11:00 - 03 / 06 / 2023
Uşaqları gəmiçi olmağa həvəsləndirən Azərbaycanın və dünyanın ilk tanker muzeyindən VİDEOREPORTAJ

Ölkəmizdə bir çox maraqlı muzey var. Onlardan biri də 2021-ci ildə açılışı olan dünyada ilk tanker muzeyi olan “Suraxanı” gəmi-muzeyidir.

1957-ci ildə istismara verilən Suraxanı gəmisi “Mühəndis A.Pustoşkin” tipli gəmilərdən biridir. Uzun müddət neftdaşımada istifadə edilən tanker son dövrlər neft təmizləyici stansiya qismində istismar olub.

Bu muzey uşaqları gəmiçilik sahəsinə yönləndirən muzey də adlandırmaq olar. Belə ki, nuzeydə müxtəlif intellektual oyunlar, gəmiçiliklə bağlı eksponatlar, gəminin mühərriki, dənizdən aşkarlanan müxtəlif qalıqları, dəniz canlılarının qalıqları və gəmiçilərin yaşayışı ilə tanış ola bilərsiniz.

Eyni zamanda gəmidə restoran da fəaliyyət göstərir.

Muzeyə giriş biletləri qiymətlərinə gəldikdə isə, fərdi ziyarətçi üçün 5 AZN, qrup şəklində (8-10 nəfər) 3 AZN, tələbə (tələbə bileti əsasında) 2 AZN, məktəblilər üçün 2 AZN, ASCO-nun əməkdaşları və dənizçiləri, onların ailə üzvləri üçün giriş bileti (iş vəsiqəsi əsasında) 2 AZN təşkil edir.

Azərbaycanın Milli Qəhrəmanlarına, şəhid ailələrinə, Sovet İttifaqı Qəhrəmanlarına, İkinci Dünya müharibəsi, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçılarına, 20 Yanvar və Çernobıl hadisələri əlillərinə, veteran dənizçilərə, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvləri giriş ödənişsiz və növbəsizdir.

1news.az-ın “Suraxanı” gəmi-muzeyindən reportajını təqdim edirik:

Foto+Video: Nadir İbrahimli

Paylaş:
3535

Son xəbərlər

Aİ Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası məsələsində irəliləyiş gözləyirBu gün, 17:50On bir heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıbBu gün, 17:45“Xəzri-2023”: Azərbaycan və Qazaxıstan hərbi gəmiləri ilə birgə tapşırıqlar icra ediblərBu gün, 17:39Qarabağda yayım üçün bir TV və bir radioya lisenziya verilibBu gün, 17:31Nazirlik Müəllimlər Günü ilə bağlı valideynlərə müraciət ünvanlayıbBu gün, 17:17Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə görüşübBu gün, 16:56Azərbaycan incəsənət ustaları Polşada keçirilən 61-ci Bıdqoşç Musiqi Festivalında iştirak ediblərBu gün, 16:37Azərbaycan Respublikasının Kino Agentliyi film layihələri müsabiqəsinin 1-ci mərhələsinə yekun vurduBu gün, 16:33Baş Prokurorluq: Məhkəmə İranda Azərbaycan səfirliyində terror törədən şəxs barəsində yekun qərar verməyibBu gün, 16:16Silk Way West Airlines-ın ilk Boeing 777F təyyarəsi Sietldən Bakıya uçacaqBu gün, 16:00Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü İlham Əliyevi təbrik edibBu gün, 15:56Neftçalanın su təchizatının yaxşılaşdırılması layihəsinin I mərhələsi yekunlaşıbBu gün, 15:41İmişlidə yol tikintisinə 15,8 milyon manat ayrılıb - SƏRƏNCAMBu gün, 15:29Məşhur Məmmədov “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 15:28Bu gün Milli Qəhrəman Yuri Kovalyovun şəhid olduğu gündürBu gün, 15:17Aİ lideri erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıbBu gün, 14:59DYP piyadalara müraciət edibBu gün, 14:51Viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanıldı - VİDEOBu gün, 14:37Suqovuşan və Talışın işğaldan azad edilməsindən üç il ötürBu gün, 14:22Bu gün Milli Qəhrəman Əliyar Əliyevin şəhadətə ucaldığı gündürBu gün, 14:10
Bütün xəbərlər

Next TV