ADY: Zəlzələ nəticəsində dəmiryol infrastrukturuna ziyan dəyməyib | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY: Zəlzələ nəticəsində dəmiryol infrastrukturuna ziyan dəyməyib

Qafar Ağayev10:08 - 23 / 08 / 2023
ADY: Zəlzələ nəticəsində dəmiryol infrastrukturuna ziyan dəyməyib

Bu gün saat 01:23 radələrində Masallı və Cəlilabad rayonlarının sərhədində baş vermiş zəlzələdən dərhal sonra "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ərazidəki infrastruktur obyektlərinə texniki baxış keçirib.

1news.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb. Aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib.

Paylaş:
358

Son xəbərlər

Bütün xəbərlər